Türkiyə tarixində ilk dəfə həmsərhəd olmayan ölkəyə təbii qaz ixrac edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraqdar X (Tvitter) hesabında yazıb.
“Bu gün BOTAŞ və Macarıstan MVM şirkəti arasında imzalanan təbii qaz sazişi ilə ilk dəfə qonşumuz olmayan Avropa ölkəsinə təbii qaz ixrac edəcəyik. Türkiyə Avropanın təchizat təhlükəsizliyinə töhfə verməkdə davam edir”, – deyə nazir bildirib.