Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Aparatında kəşf münasibətilə təşkil olunan “Millətə Xitab” çıxışında bildirib.
“Bu uğuru yerli və milli vasitələrlə işlədiyimiz üçün əldə etdik. Bəli, əziz millətim, sevincimizi birlikdə yaşamaq üçün indi xoş xəbərlərimi sizinlə bölüşmək istəyirəm. Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf etdi. “Fatih” qazma gəmimiz sayəsində 320 milyard kubmetr ehtiyata sahib təbii qaz ehtiyatı tapdıq”,- deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, sözügedən yataq Türkiyəni 20 il təbii qazla təmin edəcək.