İstanbul boğazında neft tankerlərinin növbəsi azalmağa başlayıb. Bu o deməkdir ki, Ankara gəmilərin sığortası ilə bağlı vəziyyəti həll edib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Agentliyin məlumatına görə, uzun müddətdir növbədə gözləyən gəmilər hazırda buraxılmağa başlayıb.
Qeyd edək ki, bir müddətdir əksəriyyəti Rusiyanın olan neft tankerləri İstanbul boğazında qalmışdı. Türkiyə hökuməti neft tankerləri üçün sığorta şirkətlərindən təsdiq məktubu tələb edirdi.