Suriyanın şimalındakı Əl-Bab rayonunda İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 9 terrorçu saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) bildirib.
Məlumata əsasən, əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Bildirilib ki, terrorçular yaxın zamanlarda Əl-Bab və Türkiyəyə hücumlar etməyə hazırlaşırmış.
Saxlanılanlar arasında Əbu Musxab kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun “köməkçisi”, cinayətkar təşkilatın maddi-texniki əməliyyatlarına cavabdeh olan iki silahlı və maliyyə əməliyyatlarına cavabdeh olan bir nəfər də var.
Terrorçular yerli məhkəmə tərəfindən həbs edilib.
Onların ünvanlarına baxış zamanı külli miqdarda rəqəmsal material aşkar edilib.