Türkiyə-Suriya normallaşması: Ankaranın 4 şərti…

Türkiyə-Suriya normallaşması: Ankaranın 4 şərti…

Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması məsələdi yenidən gündəmə gəlib. Türkiyə Xarici işlər Nazirliyindəki mənbələr münasibətlərin normallaşması üçün lazım olan şərtlər barədə açıqlama verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ankara tərəfindən bu 4 şərt əsas hesab edilir:

1. Suriyanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün ərazisini terrorçu ünsürlərdən təmizləmək,

2. Suriya hökumətinin öz xalqı ilə, xalqının haqlı tələb və gözləntiləri əsasında BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində əsl milli sülhə nail olmaq,

3. Bununla əlaqədar təhlükəsiz qayıdış üçün lazımi şəraitin yaradılması,

4. Humanitar yardımların fasiləsiz davam etdirilməsi.

Bildirilib ki, bu şərlər qəbul edilərsə, Suriya və region ölkələrinin təhlükəsizliyinə töhfə verə biləcək addımlara yol açılacaq.

Vurğulanıb ki, hər iki ölkə liderləri səviyyəsində görüş prosesin gedişinə uyğun baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Suriya Prezidenti Bəşər Əsəd açıqlamasında bildirib ki, Rusiya, İran və İraqdan olan vasitəçilər Suriya və Türkiyəni barışdırmaq üçün səmimi cəhdlər ediblər, lakin bu təşəbbüsdə irəliləyiş yoxdur.

Teqlər: