Sudandan Türkiyə vətəndaşlarının təxliyəsi üçün silahlı qüvvələrə məxsus 2-si A400M olmaqla, 5 təyyarə göndərilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Sudana eniş edən təyyarələrdən biri yaxın zamanda vətəndaşları Türkiyəyə gətirmək üçün hava limanından qalxacaq.
Nazir sabah axşama qədər bütün Türkiyə vətəndaşlarının Sudandan təxliyəsinin tamamlanacağını əlavə edib.