Türkiyə SQ Suriyanın şimalında 15 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında PKK/YPG terror
təşkilatının 15 silahlısını zərərsizləşdirib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter”
hesabında məlumat yayıb.

Məlumata görə, silahlılar Türkiyə Silahlı Qüvvələrinin “Sülh
mənbəyi” və “Zeytun budağı” antiterror əməliyyatları zonasında türk
hərbçilərinə silahlı hücum hazırlayırmış.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki
şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.