Türkiyə Silahlı Qüvvələrinin balansına daha bir yerli istehsal
olan “VURAL” radioelektron mübarizə sistemi daxil olub.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi
İsmayıl Dəmir öz “Twitter” səhifəsində bildirib.
Onun sözlərinə görə, müasir “VURAL” kompleksi proqram təminatı
kontekstində də daxil olmaqla tamamilə yerli istehsaldır.
Elektron mübarizə kompleksi düşmənin bölmələrinin idarəetməsini
effektivliyini azaldaraq, xüsusən də rabitə və kəşfiyyat sistemində
dövriyyədə olan məlumatı dəyişməyə imkan verəcək.