Türkiyə SQ ilin əvvəlindən regionda 2 136 terrorçunu zərərsizləşdirib – Nazir

Türkiyə hərbçisi Tayfun Özkose ölümünə cavab olaraq, Suriyanın şimalında genişmiqyaslı əməliyyat başladılıb və bu əməliyyat çərçivəsində ilkin məlumatlara görə 5 terrorçu məhv edilib.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, terrorçularla fəal mübarizə yalnız Suriyada deyil, həm də İraqın şimalında davam edir: “Bir neçə gün əvvəl Türkiyənin xüsusi təyinatlıları İraqdakı dağ mağaralarından birində terrorçuların növbəti sığınacağını məhv edib. Döyüş zamanı 12 terrorçu zərərsizləşdirilib”.


Nazir xatırladıb ki, terrorla mübarizə mövzusu son 40 ildə Türkiyənin gündəmindən düşməyib: “Əminəm ki, terror təhlükəsinin aradan qaldırılması təkcə Türkiyə üçün deyil, həm də region ölkələri üçün böyük bir uğur olacaq. 24 iyul 2015-ci ildə Türkiyə terrorun bütün təzahürləri ilə mübarizədə yeni bir mərhələyə başlayıb. O dövrdən bu günə qədər bölgədə 18 582 terrorçu, 2021-ci il yanvar ayından isə 2 136 terrorçu zərərsizləşdirilib”.