Xəbər - Sədrəddin Ağcayev – Trend:
Türkiyə şirkətləri Azərbaycanın investisiya potensialının populyarlaşmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə mətbuat konfransı zamanı Beynəlxalq Biznes Forumunun (IBF) prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən üç gün sonra türkiyəli iş adamları ərazilərin bərpasında iştirak etməyə başladılar:
“Biz Azərbaycanın investisiya potensialının tanıdılmasında, ölkənin, o cümlədən Qarabağın inkişafına investisiya qoymaqda maraqlıyıq”, deyə E.Yarar bildirib.
(Tərcümə: Orxan Nəbiyev)