Türkiyə şirkətinin Avropaya uçuşu qadağan olundu

Türkiyə şirkətinin Avropaya uçuşu qadağan olundu

Avropa Birliyi Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşlarını qadağan edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Qadağaya səbəb kimi aviaşirkətin Rusiya ilə bağlılığı göstərilib.

Belə ki, Finlandiya Aviasiya İdarəsi tərəfindən aparılan araşdırmaya əsasən, sözügedən aviaşirkətə sahibliyi və effektiv nəzarətin əksəriyyəti Türkiyəyə deyil, Rusiyaya aiddir.

Aviaşirkətə Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiyaları tənzimləyən qaydalara əsasən, Avropada uçuş və eniş qadağan edilib.

Teqlər: