Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyyə edilməsinə başlanılıb.
AzerTimes-ın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, vəziyyəti və mövcud şərtləri qiymətləndirdikdən sonra Türkiyə Silahlı Qüvvələrinin təxliyəsinə başlanılıb:
“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır”.
Müdafiə Nazirliyi əlavə edib ki, bu müddətdə Türkiyə Silhalı Qüvvələrinin hərbi təyyarələri ilə 1129 mülki şəxs təxliyə edilib