Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara zərbələr endirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG
mövqelərinə zərbələr endirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyi bildirib.

Atəş silahlıların Karkamış rayonunda və Suriya-Türkiyə
sərhədindəki Köprübati keçid məntəqəsini minaatanlardan atəşə
tutmasına cavab olaraq açılıb. Hücum Suriyanın şimalındakı Ayn
əl-Ərəb bölgəsi ərazisindən həyata keçirilib.