Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə Silahlı Qüvvələri Mardin vilayətində, Türkiyə-Suriya ərazisində terrorçuların hücumunun qarşısını alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat verir.
Qeyd olunur ki, bir qrup PKK mənsubu Mardində yerləşən sərhəd məntəqəsinə atəş açıb. Cavab atəşi nəticəsində 4 silahlı zərərsizləşdirilib.
Eyni zamanda Suriyanın şimalında davam edən əməliyyat nəticəsində 1 terrorçu zərərsizləşdirilib.
Bölgədə antiterror əməliyyatları davam edir.