Suriya ilə sərhəddəki “Sülh bulağı” əməliyyatı zonasında 10 PKK terrorçusu zərərsizləşdirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, terrorçular qabaqlayıcı atəşlə zərərsizləşdirilib.
Nazirlik həmçinin bildirib ki, terrorla mübarizə Türkiyənin həm daxilində, həm də xaricində fasiləsiz olaraq davam edir.