Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə istehsalı olan silahlar, hərbi gəmilər, pilotsuz uçuş aparatları, artilleriya, helikopterlər ölkə xaricinə ixrac olunur və uğurla istifadə edilir.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə silahlarının səmərəliliyi Qarabağ müharibəsində göründü:
“Bu gün Silahlı Qüvvələrimiz yerli və milli istehsal olan silah-sursat, texnikanı ən səmərəli şəkildə istifadə edərək böyük uğurlar əldə edib və etməkdədir. Türk istehsalı silah sistemlərinin səmərəliliyi azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmə mübarizəsində açıq şəkildə nümayiş etdirildi”.