Türkiyə cari ildə müdafiə sənayesi məhsulları üzrə ixrac müqavilələrinin bağlanması sahəsində rekorda imza atıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İDEF-23 müdafiə sərgisinin iştirakçılarına videomüraciətində bildirib.
“Ötən həftə Körfəz ölkələrinə səfərimiz zamanı tariximizdə ən çox müdafiə ixracı müqaviləsi imzaladıq. Biz əminik ki, İDEF-23-də bu sazişlərə yeniləri əlavə olunacaq. Həmişə dediyimiz kimi, məqsədimiz təkcə məhsul satmaq deyil. Biz uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasına və birgə layihələrin hazırlanmasına diqqət yetirmişik. Biz müdafiə sənayesi sahəsində bilik və təcrübəmizi dostlarımıza təqdim etməkdən məmnunuq”, – Ərdoğan qeyd edib.