Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsan olunan İHA-230 “hava-yer” tipli səsdən sürətli ballistik raketi adı açıqlanmayan ölkəyə ixrac olunub.
AzerTimes xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
“Ölkəmizin ilk səsdən sürətli raketi olan və “Bayraqdar Akıncı” ilə istifadə olunacaq İHA-230-un ilk ixracatını həyata keçirdik. Güclü əməkdaşlığımızı davam etdirərək hər gün ölkəmiz üçün istehsal etməyə və güclənməyə davam edəcəyik”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, TRG-230 raketinin bazası əsasında hazırlanan 150 km mənzilli İHA-230 ötən ilin dekabrında sınaqdan keçirilmişdi.