PKK terror təşkilatı İraqdan sonra Suriyada da Türkiyə ordusuna qarşı hücuma cəhd edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Fərat qalxanı” əməliyyat bölgəsində silahlı hücuma hazırlaşan PKK-nın 5 terrorçusu Türkiyə komandoları tərəfindən məhv edilib.
Qeyd edək ki, İraqda PKK-nın Türkiyə ordusuna hücumu nəticəsində 6 hərbçi şəhid olub.