Türkiyə şəhidinin qisasını aldı: 2 terrorçu məhv edildi

Türkiyə şəhidinin qisasını aldı: 2 terrorçu məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələri Şırnakda 2 PKK terrorçusunu məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular “Ərən Abluka Qış-23” adlı antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün Şırnakda “Ərən Abluka Qış-23” adlı antiterror əməliyyatı zamanı Uludərəli Nemət Encu şəhid olub.

Teqlər: