Türkiyə ordusu “Pəncə-Kilid” əməliyyat bölgəsində 2 PKK terrorçusunu məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Şəhidimizin qanını yerdə qoymadıq. Bölgədə əməliyyatlar güclü formada davam edir”, – məlumatda bildirilib.
Qeyd edək ki, ötən gecə PKK terrorçularının açdığı atəş nəticəsində “Pəncə-Kilid” əməliyyat bölgəsində xidmət edən Türkiyə ordusunun hərbçisi Məhəmməd Küçük şəhid olub.