Qarabağın azadlığı uğrunda Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı 27 sentyabr – Anım Günündə rəhmətlə yad edirik.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi X hesabında paylaşım edib.
“Fürsətdən istifadə edərək bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”, – paylaşımda qeyd edilib.