Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.
“Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirlikmizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq meydanında müstəqilik arzusunun başladığı tarixdir. Allahdan şəhidlərimizə rəhmət diləyirik”, – diplomat bildirib.