Türkiyənin Azərbaycandakı səfirliyi Qars vilayətinin Sarıkamış rayonunda baş vermiş qəza nəticəsində iki Azərbaycan vətəndaşının həlak olması ilə bağlı başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində bildirilib.
Səfirlik bildirib: “Qars vilayətinin Sarıkamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vətəndaşı olmaqla 4 nəfər ölüb.
Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralılara şəfa diləyirik”.