Türkiyənin Azərbaycandakı Səfirliyi minaya düşərək həlak olan azərbaycanlı dinc mülki şəxsləri ilə əlaqədar başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, başsağlığında deyilib:
“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTv-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına baş sağlığı, yaralılara şəfalar diləyirik”.
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş hə