Türkiyə səfirliyi də Bakıdakı partlayışa biganə qalmadı

Türkiyə səfirliyi də Bakıdakı partlayışa biganə qalmadı

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesablarında məlumat yayıb.

“Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, – məlumatda qeyd olunub.

Teqlər: