Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə Azərbaycana təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında yazılıb.
“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstək və birliyə görə təşəkkür edirik”, – qeyd edilib.