Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Trend-in məlumatına görə, səfirlik bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 32-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik.

Türkiyə dövləti olaraq Ümumxalq Hüzn Günündə də qardaş Azərbaycanın kədərini bölüşürük”, – deyə paylaşımda qeyd olunub.

Teqlər: