Türkiyə səfiri Sərvər Bəşirliyə zəng etdi

Türkiyə səfiri Sərvər Bəşirliyə zəng etdi

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn Sərvər Bəşirliyə telefonla zəng edib.

AzerTimes xəbər verir ki, diplomat bu barədə Tvitterdəki hesabında yazıb.

“Ölkəmizdə baş verən zəlzələlərdən sonra bütün Azərbaycanın həmrəylik rəmzinə çevrilən, təkürəkli olub kömək səfərbərliyinə bacardığı qədər yardım edən qardaşımız Sərvər Bəşirliyə zəng edərək ölkəmiz və millətimiz adından təşəkkür etdim.

Böyük ürəkli qardaşım mənim! Var olasan”, – səfir qeyd edib.

Teqlər: