Xəbər - Humay Ağacanova – Trend:
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər Xiyabanını ziyarət edib.
Trend-in məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində bildirib.
“Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun”, – deyə paylaşımda qeyd olunub.