İyulun 11-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu, səfirliyinin ticarət müşavirləri Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri ilə birlikdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun fəaliyyəti ilə yaxından tanış olublar.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Komitənin nümayəndələri səfir Cahit Bağçıya tranzit daşımalar, “Yaşıl dəhliz” buraxılış sistemi, sərhədkeçmə proseslərinin təşkili, stasionar gömrük nəzarət baxış sistemləri barədə məlumat veriblər. Eyni zamanda, qardaş ölkənin səfiri gömrük postunda türkiyəli sürücülərlə görüşüb.