Xəbər - Humay Ağacanova -Trend:
Bu gün Bakının bolşevik və erməni qruplaşmasının işğalından qurtuluşunun 103-cü ildönümüdür.
AzerTimes-ın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “twitter” hesabında qeyd edib.
Səfir bildirib: “Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşanı, qəhrəman ordusunu və Qafqaz torpağında uyuyan minlərlə şəhidimizi hörmətlə yad edirik. Azərbaycan-Türkiyə: tək millət, iki dövlət”