Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda baş verən
partlayışla bağlı paylaşım edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə səfir öz “Twiter” səhifəsində yazıb.
“Bu gecə Bakıda baş verən partlayışa görə, qardaşımız
Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralananlara
isə tezliklə şəfa diləyirəm”, – deyə paylaşımda bildirilib.