Türkiyə Ukraynadakı müharibə ilə bağlı ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyi öhdəsinə götürür.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Yunus Elitaş deyib.
Onun sözlərinə görə, Ankara Rusiya ilə dərin iqtisadi və siyasi əlaqələrə baxmayaraq, sanksiyaların pozulmasına imkan verməyəcək:
“Türkiyənin mövqeyi dəyişməyib, ölkə həm fiziki şəxslər, həm də şirkətlər tərəfindən sanksiyaların pozulmasına imkan verməyəcək”.