Türkiyə sahillərində zəlzələ qeydə alınıb

Egey dənizində, Türkiyə sahillərində 4,8 bal gücündə zəlzələ olub.

AzerTimes-ın məlumatlna görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) xəbər verb.

Məlumata əsasən, yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonundan 26,67 kilometr məsafədə, ocağı isə 7,32 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.