Türkiyə sahillərinin Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 19:09-da qeydə alınıb. Yeraltı təkanların episenti İzmir vilayətinin Karaburun rayonu sahillərində olub.
Zəlzələnin ocağı 8,4 kilometr dərinlikdə yerləşib.