Türkiyə sahillərində, Quşadası körfəzində 4 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.
Təkanlar İzmirdə də hiss edilib.
Zəlzələnin yerin 7,7 km dərinlikdə meydana gəldiyi bildirilib.