Türkiyənin Çanaqqala vilayərinin Ayvacık rayonunun sahillərində onlarla qanunsuz miqrant xilas edilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata görə, Yunanıstanın Sahil Mühafizəsi Xidmətinin əməkdaşları miqrantları bu ölkənin ərazi sularına yaxın buraxmayıblar.
Türkiyənin Şimali Egey Sahil Mühafizəzi Xidməti Komandanlığının xilasetmə qrupları Ayvacık rayonunun sahillərində qanunsuz miqrantların olması barədə məlumat aldıqdan sonra xilasetmə əməliyyatına başlayıblar. Əməliyyat zamanı aralarında 11-i uşaq olmaqla 26 qanunsuz miqrant xilas edilib.
Onlar Ayvacık rayonunda Əcnəbilərin Repatriasiya Mərkəzinə aparılıb.