NATO-nun 15 ölkəsinin hərbçilərinin iştirakı ilə Türkiyə sahillərində hərbi dəniz təlimləri başlayıb .
AzerTimes xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bu, bu il Aralıq dənizində keçirilən ən böyük NATO təlimidir.
Təlimdə 52 gəmi, 4 sualtı qayıq, 34 təyyarə, 16 helikopter, o cümlədən 8 minə yaxın şəxsi heyət iştirak edir.
Qeyd edək ki, dünən başlayan təlimin sentyabrın 22-də başa çatacağı gözlənilir.