

Egey dənizinin Türkiyə sahillərində miqrantların olduğu qayıq batıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Ayvacıq rayonu sahillərində baş verib. 5 nəfərin öldüyü, 25 nəfərin isə xilas edildiyi bildirilib.
Yaralılar Çanaqqala və Balıkəsirdəki xəstəxanalara yerləşdirilib.