Egey dənizində, Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub.
Trend Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanların episentri Datça şəhəri yaxınlığında, ocağı isə 2,51 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.