Türkiyənin Muğla vilayətinin Marmaris ilçəsinin sahilində taxta qayıqda yanğın baş verməsi nəticəsində 4 nəfər xəsarət alıb.
AzerTimes Türkiyə mediasına xəbər verir ki, “Qartal” adlı tur qayığındakı yanğını söndürmək üçün əraziyə Sahil Təhlükəsizliyi Xidmətinin katerləri cəlb edilib.
Qayıqda olan digər şəxslər sahilə təxliyə ediliblər.
Yanğının səbəbi bəlli deyil.