Kamerun bayrağı altında üzən “Pallada” adlı quru yük gəmisi Türkiyə Ereğli limanı yaxınlığında saya oturub və güclü tufan səbəbindən hissələrə bölünüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
13 ekipaj üzvünün uğurlu şəkildə təxliyə olunduğu bildirilib.
Belə ki, gəmi 3 noyabr tarixində Ukraynanın Odessa limanından yola düşmüşdü.