Türkiyə ruslar üçün otel qiymətini azaldır

Türkiyə ruslar üçün otel qiymətini azaldır

2024-cü ildə ruslar Türkiyədə daha ucuz istirahət etmək imkanı əldə edə bilərlər.

AzerTimes xəbər verir ki, bu barədə “Maş” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Türkiya otel rəhbərləri 20% endirim təklif edirlər:

“Bununla yanaşı, ruslar üçün Türkiyədə yekun qiymətlər iki ölkənin səlahiyyətli orqanları arasında aparılan danışıqlardan sonra aprel ayında açıqlanacaq. Qiymətlər 2022-ci illə müqayisədə 30-50% azala bilər. Məsələn, ötən il səkkiz günlük turun qiyməti adambaşına 1064 avro idisə, indi onu 20% endirimdən sonra 703 avroya almaq olar”.

Kanal bildirib ki, Türkiyə sanksiyalar və hava nəqliyyatına məhdudiyyətlər səbəbindən kəskin şəkildə azalan rusiyalı turist axınının geri qaytarılmasında maraqlıdır.

Bununla yanaşı, kanal Misirin rus turistlər üçün qiymətləri artırdığını qeyd edib. Hazırda bir rus turist üçün Misirdə dincəlməyin qiyməti 1600 dollar təşkil edir.

Teqlər: