Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq – Çavuşoğlu

Türkiyə Ukraynada keçirilən xüsusi əməliyyata görə bir sıra Qərb
ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara
qoşulmayacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlüd
Çavuşoğlu Antalya Diplomatiya Forumunda bildirib.

“Hesab edirik ki, sanksiyalar problemi həll etməyəcək. Məsələn,
hava məkanının bağlanması. Biz onu Montrö Konvensiyasına əsasən
bağlaya bilmərik. Bu qanuni öhdəlikdir”, – deyə Nazir qeyd
edib.