Türkiyə Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edir

Xəbər - Humay Ağacanova – Trend:

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi
əməliyyatı qəbuledilməz hesab edirik. Bu hücum Minsk
razılaşmalarını pozmaqla yanaşı, beynəlxalq hüququn ciddi şəkildə
pozulmasıdır, regionumuzun və bütün dünyanın təhlükəsizliyinə ciddi
təhlükə yaradır.


Trend
-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər
Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinə
hörmətlə yanaşmağın zəruri olduğunu düşünən Türkiyə sərhədlərin
silah yardımı ilə dəyişdirilməsinə qarşıdır.

“Biz də Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz
hərəkətləri tez bir zamanda dayandırmağa çağırırıq. Ukraynanın
siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz
gələcəkdə də davam edəcək”, – deyə məlumatda qeyd edilir.

Teqlər: