Rusiya və Türkiyə qaz qovşağı haqqında saziş imzalamağa yaxındır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Hazırda yol xəritəsi razılaşdırılır. Əminəm ki, yaxın gələcəkdə bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunacaqdır”, – o bildirib.
Qeyd edək ki, TASS agentliyinin məlumatına əsasən, Türkiyənin “Botaş” şirkətinin nümayəndə heyəti “Qazprom”un yeni qaz layihəsinin inkişafı ilə tanış olmaq üçün tezliklə Sankt-Peterburqa gedəcək.