Türkiyə Rusiya ilə bağlı elə sübutlar göstərdi ki…

Türkiyə Rusiya ilə bağlı elə sübutlar göstərdi ki…

Türkiyə hakimiyyəti Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından yayınmadığını göstərən sübutlar təqdim edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

“Mən həmkarım, nazir Mövlud Çavuşoğlu ilə danışdım. O, mənə AB-dən Türkiyəyə idxal axını və Türkiyədən Rusiyaya ixraca dair məlumat verdi. Türkiyəli nazirin təqdim etdiyi bu məlumatlar ümumilikdə Türkiyədən Rusiyaya ixracın artdığını təsdiqləyir, lakin eyni zamanda, AB-dən Türkiyəyə idxalda artım qeydə alınmayıb”, – Borrell qeyd edib.

Teqlər: