Bu gün Azərbaycanın Ağdam rayonunda açılışı olan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağacəkmə kampaniyası keçirilib.
AzerTimes-ın məlumatına görə, ağacları Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin əkiblər.
Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.