Ağdam. Ceyhun Ələkbərov – Trend:
Bu gün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya hərbçilərinin birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzinin açılışı baş tutub.
Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Açılışdan görüntüləri təqdim edirik: